Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
ASİM
Qoruyan

 

Oğlu ona) belə cavab verdi: “Mən bir dağa sığınaram, o da məni sudan qoruyar”. Nuh dedi: “Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs Onun əzabından qoruya bilməz!”… (Hud surəsi, 43)


İnsan aciz olduğu üçün hər an, hər cür çətinliklə qarşılaşa bilər. Məsələn, dünya hər an təbii fəlakətlərin meydana gəldiyi yerdir. Zəlzələlər, sellər, qasırğalar, vulkan püskürmələri tez-tez rast gəlinən hadisələrdir. Eyni şəkildə insanı mənən çətinliyə salan bir çox hadisə də var. Bu hadisələr qarşısında unutmamalı olduğumuz bir gerçək var: İnsan nə qədər acizliyindən xilas olmağa çalışırsa çalışsın Allahın diləməsi xaricində başına gələcək hər hansı hadisədən qoruna bilməz. İnsan üçün tək qoruyucu Rəhman olan Allahdır. Quranda bu vəziyyət belə bildirilmişdir:

De: “Gizlində dua edib: “Əgər bizi suyun və qurunun zülmətindən qurtarsan, əlbəttə, şükür edənlərdən olarıq”, - deyə yalvardığınız zaman sizləri bunlardan xilas edən kimdir?” De: “Sizi ondan xilas edən və hər bir qəmdən qurtaran Allahdır. Sonra siz yenə də şərik qoşursunuz?” (Ənam surəsi, 63-64)

İnsanlar tək qaldıqda əllərindəki maddi imkanların, yaxınlarının onlara heç nə ilə kömək edə bilməyəcəyini anladıqları anlarda, ya da sağlamlıqlarını itirdikləri zaman Allahı zikr edir, Ondan kömək diləyirlər. Ancaq O, özlərini qurtardıqda yenə nankorluq edib başlarına gələnləri unudurlar. Dünyada Allahdan başqa qoruyucu tapa bilməyəcəyini anlamayan, Onun hər cür köməyinə baxmayaraq, nankorluqda dirənən bu şəxslər axirətdə sonsuz əzabla qarşılaşaraq gerçəyi görəcəklər.

Bu şəxslərin vəziyyəti ayədə belə xəbər verilir:

… (Allaha ibadət etməyi) özlərinə sığışdırmayanları və təkəbbür göstərənləri isə acı bir əzaba düçar edəcəkdir! Onlar özlərinə Allahdan savayı nə bir dost, nə də havadar tapacaqlar! (Nisa surəsi, 173)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz