Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
ALİM
Hər şeyi çox yaxşı bilən

 

Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz Allah oradadır. Şübhəsiz ki, Allah genişdir, biləndir! (Bəqərə surəsi, 115)


İnsanlar düşünə biləcək şüura sahib olduqları andan etibarən öyrənməyə başlayırlar. Müəyyən bir yaşa çatdıqdan sonra da təhsil almağa və biliklər əldə etməyə davam edirlər. Hətta bəzi insanlar müəyyən bir mövzu üzrə mütəxəssisləşirlər. Məsələn, fizika mühəndisi fizika qanunlarının hamısını öyrənə bilər və ya fəlsəfə üzrə təhsil almış insan, fəlsəfi mövzulara tam olaraq hakim ola bilər. Yenə yeni tarix üzə mütəxəssisləşmiş tədqiqatçı yeni tarixlə əlaqəli çox dəqiq şərhlər verə bilər. Çünki bu mövzu ilə əlaqədar öyrəniləcək hər şeyi bilir.

Yuxarıda saydıqlarımız, əlbəttə, 'bilmək' felinin insanlarla əlaqədar olan qismidir. Ancaq 'bilmək' felinin insanların əsla təsəvvür edə bilməyəcəyi, güç çatdıra bilməyəcəyi bir ölçüsü var: Allahın bilməsi...

Allah göylərin, yerin, bu ikisi arasında olan bütün canlıların, kainatda işləyən bütün qanunların, hər an meydana gələn bütün hadisələrin məlumatına sahibdir. Çünki hamısının Yaradıcısı Odur. Üstəlik Allahın 'bilməsi' sonsuzdur; Allah eyni anda dünya üzərində doğan və ölən insanların kim olduqlarını, yer üzündəki hər bir ağacdan düşən yarpaqların sayını, kainatdakı milyardlarla qalaktikanın içindəki milyardlarla ulduzun hər birinin xüsusiyyətlərini və burada səhifələrlə saysaq da əsla bitirə bilməyəcəyimiz hər şeyi bilir. O, yer üzündə, eyni anda kosmosda meydana gələn hər hadisəni, dünya üzərindəki milyardlarla insanın, heyvanın, bitkinin hüceyrələrində kodlanmış şifrələri də bilir.

İnsanın unutmamalı olduğu çox əhəmiyyətli bir sirr var: Allah yuxarıda sayılan bütün detallarla yanaşı insanın daxilini, ağlından keçənləri, gizli və ya açıq işlədiyi bütün əməlləri də bilir. İnsan, içində yaşadığı duyğularını, düşüncələrini, sıxıntılarını yalnızca özünün bildiyini zənn edir, amma bu böyük yanılmadır. Kainatın hər nöqtəsinə tam olaraq hakim olan Allah, insanın daxilinə və xaricinə də hakimdir. Belə ki, Allahın bu sonsuz biliyi bir çox ayədə bildirilmişdir:

Sevdiyiniz şeylərdən sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah xərclədiyiniz hər bir şeyi biləndir! (Ali-İmran surəsi, 92)

Məgər göylərdə və yerdə olanların, qanadlarını açıb uçan quşların Allahı təqdis edib şəninə təriflər dediklərini görmürsənmi?! Allah onlardan hər birinin duasını, şükür-sənasını bilir. Allah onların nə etdiklərini biləndir! (Nur surəsi, 41)

Günəş də özü üçün müəyyən olunmuş yerdə seyr edər. Bu, yenilməz qüvvət sahibi olan, bilən Allahın təqdiridir. (Yasin surəsi, 38)

Bilin ki, Allahdan gizlənmək məqsədilə ikiqat olarlar. Xəbərdar olun ki, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqları və aşkar etdikləri hər şeyi bilir. Allah ürəklərdə olanları biləndir. (Hud surəsi, 5)

(Əlbəttə) onlar öz əməllərini bildiklərinə görə ölümü əsla istəməzlər. Allah zalımları tanıyandır! (Bəqərə surəsi, 95)

Onları siz öldürmədiniz, Allah öldürdü. Atdığın zaman sən atmadın, Allah atdı. Allah bununla möminləri yaxşı bir imtahandan keçirtdi. Allah eşidəndir, biləndir! (Ənfal surəsi, 17)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz